Son günlər sosial şəbəkələrdə və bəzi KİV-də eşşək südü ciddi şəkildə təbliğ edilir. Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. Ona görə də bir çox insan sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb.Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, sirroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik olduğu ilə bağlı iddialar kifayət qədərdir.Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb.Eşşək südünün bu cür məşhurlaşmasından istifadə edən işbazlar da eşşək südünün qiymətini "ceyranın belinə qaldırıblar". Araşdırmamız nəticəsində məlum olub ki, eşşək südünün stəkanı - 20 manata, litri isə 100 manata təklif olunur.