EN

Dağlıq və dağətəyi rayonların avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi avtomobil magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.


Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Chosen
205
13
ekologiya.az

10Sources