EN

Lavrov: "Rusiyanıb Qarabağdakı sülhməramlıları Cənubi Qafqazda sülhü qoumağa hazırdır"

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingenti (RSK) ABŞ və Aİ qeyri-sabitlik səpdiyi bir vaxtda Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır". Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” məqaləsində deyilir. “İndi Brüssel geosiyasi ambisiyalarının qayğısına qalaraq, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxararaq, Azərbaycan və Ermənistana öz “vasitəçilik xidmətlərini” tətbiq edir. İndi Bakı və İrəvan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - diplomatik idarənin rəisi yazıb. Qadir, Bizimyol.info

Chosen
149
6
bizimyol.info

9Sources