Ulusal.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa Anais Sardaryan danışıb.
O bildirib ki, otel Qarabağ ermənilərini ödənişli əsaslarla yerləşdirməkdən imtina edib:
“Bir ailə ”Maştots” otelinə gedib. Otel işçisi deyib ki, beş nəfər – valideynlər və üç uşaq bir otaqda yata bilməz. Ata və oğul maşında yatmağa davam edəcəklərini deyərək, ən azı ana və iki qızını oteldə qəbul etməyi istədi. Lakin yenə rədd cavabı gəldi”.
Aktirasının iddialarına oteldən da cavab verilib. Vurğulanıb ki, Qarabağdan gələn ermənilər oteldə natəmizliyə, xoşagəlməz hallara yol verdikləri üçün onların qəbulu dayandırılıb.
Qeyd edilib ki, otelin bir otağında yalnız iki nəfərin yatmasına icazə var, lakin gələnlər 4-5 nəfər olur.
Otelin qaydalarını tənqid edən aktrisa Anais Sardaryan çıxış yolu axtaracağını vurğulayıb.