EN

"Regionda Azərbaycan-Gürcüstan əməkdaşlığı önəmli rol oynayır" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan və Gürcüstan arasındakı münasibətlər həm qonşuluq, həm dostluq, həm də strateji münasibətlərə söykənir. İki ölkə arasındakı münasibətlər hələ 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyevin Gürcüstan prezidenti ilə şəxsi dostluq münasibətləri və iki ölkə xalqları arasındakı münasibətləri ən sıx formada inkişaf etdirməkdən başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin illər ərzində Gürcüstana 11 dəfə səfəri baş tutub: “Son zamanlar bizi qonşu dövlət Gürcüstanla həm iqtisadi, həm siyasi, həm də mədəni əlaqələr daha sıx birləşdirir. İki ölkə rəhbərlərinin son zamanlardakı qarşılıqlı səfərləri əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsində böyük rol oynayır. Ölkə Prezidentinin Gürcüstana sonuncu işgüzar səfərində də çox önəmli mesajlar verildi. İki ölkə arasında yaşıl enerjinin inkişafı həm bölgəmizdə, həm də Avropa qitəsində çox önəmli layihələri birgə çalışmağa şərait yaradır. Sabit Cənubi Qafqaz regionunda Azərbaycan-Gürcüstan əməkdaşlığı önəmli rol oynayır.

Cənab İlham Əliyev Azərbaycan-Ermənistan sülh danışıqlarında Tiblisinin mühüm rol oynaya biləcəyini qeyd etdi. Bütün bunlar Azərbaycan-Gürcüstan əməkdaşlığının hansı səviyyədə inkişaf etdiyinin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli
Chosen
300
24
sia.az

10Sources