Türkiyəli aktrisa Sevda Ferdağ 81 yaşında dünyasını dəyişib. SİA xəbər verir ki, "Yeşilçam" ulduzlarından olan Ferdağ Cihangirdəki evində vəfat edib. O, uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. Ferdağ 2009-cu ilədək 150 filmə çəkilib.
Qeyd edək ki, aktrisanın ən çox tanınan filmi "Kapıcılar Kralı"dır. O, bu filmdə mərhum Kemal Sunalla birlikdə rol alıb.