EN

Uzunömürlülərin vətəni KƏLBƏCƏR: 141 yaşlı Hüseyn kişinin uzunömürlülük sirri - VİDEO

Uzunömürlülərin vətəni KƏLBƏCƏR: 141 yaşlı Hüseyn kişinin uzunömürlülük sirri - VİDEO

İşğal dövründən Qarabağda dağıdılan məzarları görmüşdük. Bu dəfə ermənilərin əlindən salamat qalan və ömrünün 141 yaşında vəfat edən Kəlbəcər sakininin məzarı var. Əksəriyyətinin marağına səbəb olan həmin məzarda 1 əsrdən çox yaşamış Kəlbəcərli Hüseyn kişi uyuyur .

Sonxeber.az xəbər verir ki, onun kim olduğunun və uzun ömürlülüyün sirrini "ARB XƏBƏR"ə bir müddət əvvəl ərazini ziyarət edən nəvəsi Adil Hüseynov danışıb:

" Mənim babam pəhləvan və cüssəli kişi idi. 1860-70-ci illərdə Kəlbəcərə yol çəkilişində babamjn böyük fəaliyyəti olub. Mən uşaq olarkən ağsaqqallar bizim evimizə yığışardı. Onlar gəlib kişinin yaşı ilə maraqlanırdı. Bizdə Kəlbəcərdə tarixçi-alim Şamil Əsgərov var idi. O da uzunömürlülük ilə maraqlanırdı. Babam ilə müsahibə apardı. O da təsdiq etdi ki, babam 141 il yaşayıb".

Nəvəsi bildirib ki, babası çox ət yeməzdi və yediyi süd məhsulları idi:

" Ona görə də babam uzunömürlü olub. Özünə diqqət edirdi. Soyuq su ilə yuyunardı. Kəlbəcər uzunömürlülər diyarıdır. Salman, Süleyman və Ağalar kişi adlı qohumum var idi. Kişinin uşaqlıq dövründə onların 100-dən çox yaşı var idi".

Ətraflı "ARB Xəbər"in süjetində:

Chosen
422
43
sonxeber.az

10Sources