Bakı. Trend:
Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsindəkeçirilən "Komando başlanğıc kursu" davam edir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatyayıb.
Bildirilib ki, məşğələlər zamanı hərbi qulluqçular öyrəndiklərinəzəri biliklərini təlim sahəsində praktiki tapşırıqları icraetməklə möhkəmləndirirlər.
Plana əsasən, kurs iştirakçıları şərti düşmən hədəflərinin aşkarolunaraq atıcı silahlardan dəqiq atəşlə məhv edilməsi üzrətapşırıqları yerinə yetiriblər.
Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması, bölmələrindöyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən"Komando başlanğıc kursu"nda məşğələlər müasir döyüş üsullarınəzərə alınmaqla tədris olunur.