Ukrayna Avropa İttifaqının vəd etdiyi artilleriya mərmilərinin cəmi 30%-ni alıb.Bunu Ukrayna prezidenti Zelenski Bolqarıstanın baş naziri Nikolay Denkovla keçirdiyi mətbuat konfransında deyib.“Avropa İttifaqının bizə vəd etdiyi milyon mərminin 50 faizi deyil, təəssüf ki, 30 faizi çatdırılıb”, - Zelenski qeyd edib.