EN

Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.
Belə ki, İbrahim Əsədlinin qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadın və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib. Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub. Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır. Faktla bağlı araşdırma aparılır. Unikal

Saglamolun.Az





Chosen
139
47
saglamolun.az

10Sources