EN

Prezident İlham Əliyev: Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq.

Bakı. Trend:

Azərbaycan sülh prosesinə sadiqdir. Məhz, biz ikinci Qarabağmüharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü iləçıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipiniişləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdimetdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısınıhazırlamışıq?!

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Almanİqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərliketdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 ilErmənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyonayaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızıişğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlumqətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitarnormalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimizXocalı soyqırımını törətdilər. Və indi biz suverenliyimizi və ərazibütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasınıdağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel vəonlar kimi digər insanlar tərəfindən günahlandırılırıq.

Ukraynanı götürək: Ukrayna öz ərazi bütövlüyünü bərpa etməkistəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Sizhamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təminetməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukraynaməsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz CənubiQafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. Bununlabağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropainstitutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanıçox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi birşəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki,bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür.

Chosen
85
6
az.trend.az

10Sources