EN

Çin hökuməti 2024-cü ildə 5 faiz artım hədəfləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin hökuməti illik artım hədəfini təxminən 5 faiz səviyyələrində müəyyənləşdirib.
Banco.az xəbər verir ki, Çin administrasiyası illik artım hədəfini 5 faiz səviyyələrində müəyyənləşdirib və daşınmaz əmlak bazarındakı çöküş və kök salmış deflyasiyanın zərər vurduğu ölkə iqtisadiyyatını dirçəltmək üçün daha çox stimulların elan ediləcəyi ilə bağlı gözləntiləri artırıb.
Pekin həmçinin 2024-cü ildə işsizliyi 5,5 faizə endirməyi və şəhərlərdə 12 milyon yeni iş yeri yaratmağı hədəfləyir.
2024-cü il üçün istehlakçı inflyasiya hədəfi də ötən illə eyni olmaqla təxminən 3 faiz səviyyəsində müəyyən edilib. Ən sərfəli kredit üçün müraciət et



Xatırladaq ki, Çin administrasiyası 2023-cü il üçün də 5 faizlik artım hədəfini açıqlamış, faktiki artım tempi isə 5,2 faizlə hədəfi üstələmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Chosen
290
5
banco.az

10Sources