EN

Ukrayna vurdu: Rusiyada yanacaq anbarı yanır

Ukraynaya məxsus daha bir PUA Kursk vilayətinin Jeleznoqorsk rayonunda A.V.Variçev adına Mixaylovski mədən və emal zavodunda yanacaq-sürtkü materialları anbarına hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt deyib. “Ukraynanın ikinci PUA-sı Jeleznoqorsk vilayətindəki Mixaylovski mədən və emal zavodunun yanacaq-sürtkü materialları anbarına düşüb. Yanğın başlayıb, xəsarət alan olmayıb, hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub”,- o bildirib. Şirkətin mətbuat xidməti isə vurğulayıb ki, hazırda yanğının söndürülməsi davam etdirilir.

Hazırda Jeleznoqorskda raket təhlükəsi elan edilib. ​

Chosen
60
3
buta.tv

4Sources