EN

Bakıda bağçada 112 uşağın ərzağı mənimsənildi

Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb.

Bu barədə Publika.az-a Yasama Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Chosen
92
48
publika.az

10Sources