"8 Mart qadınların yox, kişilərin bayramıdır".AzVision.az xəbər verir ki, bunu Lenta.ru-ya açıqlamasında Rusiya Dövlət Dumasının Nəqliyyat üzrə Komitəsinin üzvü, Rusiya Nəqliyyat İşçiləri İttifaqının prezidenti Vitali Efimov deyib.
Deputat qeyd edib ki, onun 84 yaşı var. Tələbəlik illərindən əvvəl 8 Mart kimi bayramları qeyd etməyib. Çünki həmin vaxt müharibədən sonrakı dövrə düşmüşdü və ölkəni bərpa etmək lazım idi. Efimov əlavə edib ki, onlar bu bayramı 60-cı illərdə rahat və geniş şəkildə qeyd etməyə başlayıblar. Üstəlik, o vaxt gül almaq da çətin idi. Amma hamı sevgilisinə bir buket verməyə çalışırdı.
Deputat qeyd edib ki, hər il martın 8-də kişilər tərəddüd etmədən öz sevgilərini nümayiş etdirə bilirdilər. Ona görə də o, bu bayramı kişi bayramı hesab edir.
Tural Tağıyev
AzVision.az