"Ermənistan hökuməti Rusiya ilə münasibətləri açıq-aşkar şəkildə kəsir".
Bakupost.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "RİA Novosti"-yə bildirib.
“Ermənistan hökuməti Rusiya ilə əlaqələri nümayişkaranə şəkildə kəsir. Səbəblər axtarır, bir addım digərinin ardınca atılır. Bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq", - rusiyalı deputat vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın məqsədi KTMT-dən çıxmaqdır:
"İndi nə deyirlərsə-desinlər, bizim xəbərdarlıq etdiyimiz şeyi tədricən həyata keçirirlər. Bu, KTMT-dən çıxmaqdır. Sonra da Gümrüdəki bazanın məsələsini qaldıracaqlar".
Xatırladaq ki, dünən Ermənistan rəsmən Moskvadan “Zvartnots” beynəlxalq hava limanındakı Rusiya sərhədçilərini oradan çıxarmağı tələb edib.
Zaur, BakuPost