EN

Millinin mümkün qazancı müəyyənləşib

Milli komandaların martda keçiriləcək oyunlarının FİFA reytinqinə təsiri bəlli olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının “FİFA Series”də keçirəcəyi matçların dəyəri dəqiqləşib.

Monqolustan və Bolqarıstanla üz-üzə gələcək Arif Əsədovun yetirmələri hər iki qarşılaşmada qələbə qazansa, 8,6 reytinq xalı əldə edəcək. İlk oyunda yalnız qələbə, ikincidə isə hətta heç-heçə milliyə qazanc gətirəcək. İki uğursuzluq isə 11,4 xalın itirilməsi ilə nəticələnəcək.

22 mart
Azərbaycan – Monqolustan

Qələbə: 2,5
Heç-heçə: -2,5
Məğlubiyyət: -7,5

25 mart
Azərbaycan – Bolqarıstan

Qələbə: 6,1
Heç-heçə: 1,1
Məğlubiyyət: -3,9

Qeyd edək ki, Azərbaycan millisi hazırda 1174.22 xalla dünyada 113-cüdür.

Chosen
89
3
offsideplus.az

4Sources