EN

Almaniya Kansleri videomüraciət yayıb

Almaniya Kansleri Olaf Şolts Ramazan ayının başlaması ilə əlaqədar sosial media hesabında alman, türk və ərəb dillərində videomüraciət yayıb.

“İki sahil” CNN TÜRK-əistinadla xəbər verir ki,  Şolts mesajında Ramazan ayının müsəlmanlar üçün xüsusi bir ay olduğunu vurğulayıb.

Daha sonra Ramazan ayının müsəlmanların içinə dönüb düşünmələri üçün xüsusi bir vaxt olduğunu bildirən Kansler qeyd edib ki, hər axşam ailələr iftar üçün bir araya gəlir və onların çoxu evlərinə dostlarını, tanışlarını qonaq dəvət edirlər: “Bu, dinc, yanaşı yaşamaq deməkdir. Düşünürəm ki, bu gözəl bir həmrəylik jestidir və bu iftarlardan birinə qatılmaq fürsətim olanda həmişə bunun xüsusi olduğunu hiss etmişəm”

Chosen
285
50
ikisahil.az

10Sources