Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı "İzzəddin əl-Qəssam Briqadası" İsrailin Aşkelon şəhərinə yeni raket zərbələri endirib.AzVision.az xəbər verir ki, bu barədə briqadanın Telegram kanalında məlumat yayılıb.
“Əl-Qəssam Briqadası" hazırda yerdəyişmə və mülki şəxslərə hücumlara cavab olaraq işğal altındakı Aşkelona 150 raketlə geniş hücumu həyata keçirir”, - paylaşımda yazılıb.
Tural Tağıyev
AzVision.az