EN

Azərbayacan böyük güc mərkəzinə çevrilir TƏHLİL

Hər nə qədər hərbi sahədə yeni silah-sursat istehsal olunsa da, yenə də dünya iqtisadi güc qarşısında acizdir. Bəşəri varlıq sosial-iqtisadi tərəqqidən daha çox asılı olduğundan hərbi sahə effekli görünmür. Bu baxımdan elə dövlət başçıları var ki, beynəlxalq aləmdə dövlət maraqlarını iqtisadi təzyiqlərlə həyata keçirməyə cəhdlər göstərir və müəyyən hallarda istəklərinə də nail olurlar. İqtisadiyyatı güclü olan dövlətlər başqa ölkələrə öz tələblərini, istəklərini başqa dövlətələrə diktə etməyi bacarırlar. Xüsusilə də, iqtisadiyyatın əsas dayağı olan enerji daşıyıcıları ilə istənilən ölkənin təhlükəsizliyini qorumaq və ya sabitliyə xələl gətirmək olur. Tərəqqipərvər dövlətlər var ki, böyük həcmli neft, qaz imakanlarını yalnız xalqının sosial rifah halının yaxşılaşmasına və müxtəlif ölkələrin enerji təhlükəsiliyinə töhfələr verməyə səfərbər edir və buna da nail olur. Azərbaycanda o dövlətlərdəndir ki, enerji ehtiyatlarından dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına yardımçı olur. Neft ölkəsi olan və Bakı-Tbilisi-Ceyhan kimi qlobal bir layihəni reallaşdıran Azərbaycan heç zaman neft amilindən təzyiq və təsir vasitəsi kimi istifadə etməyib. Bu baxımdandır ki, Azərbaycan dünyada sevilən və hörmət edilən dövlət olaraq tanınır və qəbul edilir. Nəzərə almaq lazımdır ki, dünyanın aparıcı dövlətlərindən olan ABŞ neftə zəngin dövlət olsa da, ehtiyacının 55 faizini idxal vasitəsilə, 45 faizini isə özü ödəyir. ABŞ ildə 680 milyard ton neft alır. Özü isə ildə cəmi 1 milyard ton neft istehsal edir. Ümumi rəy ondan ibarətdir ki, ABŞ dünya neftinin 26 faizinin alıcısıdır. Ona görə də, neftlə bağlı ərazilər, xüsusilə də, dünya neft ehtiyatlarının 62 faizinin cəmləndiyi Fars körfəzi ABŞ üçün həyati əhəmiyyət daşıyan zonadır. Ona görə də Azərbaycan ABŞ üçün cəlbedici dövlətdir. Bir həqiqət var ki, ABŞ üçün əsas hədəf maraqlardır. Onlar açıq şəkildə qeyd edirlər ki, “bizim maraqlarımız bütün dünyanı əhatə edir. Bizim həm həyati maraqlarımız, həm də ümumi maraqlarımız var. O yerdə ki, bizim həyatı maraqlarımız var, o yerlə bağlı bəyanatlar verir, çıxışlar edir və müəyyən hadisələri pisləyirik. Bunlar effekt vermədikdə, güc tətbiq edirik. Ümumi maraqlarımız olan yerdə isə biz çıxış edirik, bəyanat veririk və hadisələri pisləyirik. Amma güc tətbiq etmirik”. ABŞ rəsmiləri qeyd edirlər ki, NATO-nun Şərqə doğru genişləndirilməsi, Balkanlar və Fars körfəzi həyati maraqları ilə bağlı olan zonalardır. 1999-cu il mart ayının 24-dən iyun ayının 10-a qədər 78 gün ABŞ Yuqoslaviyanı gecə-gündüz bombaladı. Halbuki bu bombardmanla bağlı BMT Təhiükəsizlik Şurasının qətnaməsi olmayıb. Çünki Balkanlar Avropanın mərkəzində olsa da, ABŞ-ın həyati maraqları ilə bağlı olan zonaya daxil idi.ABŞ həyatı maraqlar naminə hər cür addım atır, ümumi maraqlar olan yerdə isə yalnız bəyanatlar verməklə kifayətlənirFars körfəzi zonasında Səddam Hüseynə qarşı ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan hərbi əməliyyatlar həyata keçirdi. Yalnız 2011-ci il dekabrın 18-də qan gölünə dönmüş İraqdan qoşunlarını çıxartdı. Bu mənada, demək olar ki, ABŞ həyatı maraqlar naminə hər cür addım atır, ümumi maraqlar olan yerdə isə yalnız bəyanatlar verməklə kifayətlənir. Bəzən regionda baş verən hadislərlə bağlı məslələrə də ABŞ Rusiya ilə kompromisə gəlməyi vacib hesab edir. Rusiya ABŞ-a "yox" deyəndə, problem qəlizləşir. Məsələn Ukrayna məsələsində Rusiya ilə ABŞ arasında ciddi qarşıdurma mövcuddur. ABŞ Rusiyanın Ukraynada məğlub olması üçün rəsmi Kiyevə hər cür siyasi, hərbi, maliyyə dəstəyini göstərir. Vladimir Putin hakimiyyəti hesab edir ki, keçmiş postsovet respublikaları onların maraqları daxilində olan bölgədir. ABŞ da prinsip etibarı ilə Rusiyanın apardığı bölgü əleyhinə deyii. 2008-ci ilin avqust ayında Gürcüstanın Rusiya hərbi kontingenti tərəfindən işğal edilməsi göstərdi ki, ABŞ Moskvanın maraqlarına qarşı, xüsusilə də apardığı bölgüyə qarşı deyil. Məhz Gürcüstan olaylarından sonra Qırğızıstan "Manas" hərbi bazasını ABŞ-ın üzünə bağlamaq barədə qərar qəbul etdi. Səbəbini də onunla izah edir ki, Gürcüstan xristian dövlətidir. Xristian dünyası, ABŞ başda olmaqla Gürcüstana “dəstəyinin” hansı səviyyədə olduğunu görstərdi. Avropa Birliyi avqust hadisələrindən sonra 2008-ci il sentyabrın 1-də Gürcüstana qarşı güc tətbiq etdiyinə görə, Rusiyanın məsələsinə baxmalı idi. Gündəmdə Rusiyaya qarşı iki sanksiya - Polşa və İtaliya variantları müzakirə olunmalı idi. Nəticədə, heç bir sanksiya olmadı. NATO Rusiya ilə münasibətləri dondursa da, sonradan qərarından imtina etdi. Məhz bu və digər amillərdən nəticə çıxaran Qırğızıstan ABŞ-ın "Manas" hərbi bazasında yerləşməsindən imtina etdi. Hətta “Manas” hərbi bazasına görə, ABŞ illik 80 milyonluq icarə razılaşmasını 150 milyon dollara qaldırmağa hazır olduğunu bəyan etdi. Bu da Qırğızıstanı razı salmadı. Sonradan Rusiya Qırğızıstana 2 milyard dollar kredit ayırdı. Rusiya Xarici İşlər Nazirliyi 150 milyon dollar əvəzində, Qırğızıstana 2 milyard dollar vəsaitin ayrılmasını sırf təsadüf hesab etdiyini bəyan etmişdi. Amma hər kəsə bəllidir ki, siyasətdə təsadüflər olmur. Bir sözlə, Rusiya beynəlxalq aləmdə hesablaşmalı dövlətlərdəndir. Necə ki, ABŞ və Şərqi Avropa ölkələri Rusiya ilə hesablaşırlar. "Deyl Korneger" Fondunun ekspertlərinin gəldikləri nəticələr maraq doğurmaya bilməz. Ekspertlərə görə, Rusiyaya münasibətdə üç şeyə təəccüblənməmək mümkün deyil. Birincisi, ona görə ki, Sovet İttifaqının dağılacağı proqnozlaşdırılırdı, amma ona təəccübləndik ki, bu dağılma gözləniləndən tez baş verdi. Təxminən 22 milyon kv. km ərazidən 5 milyon kv.km ərazi ayrıldı. Amma onun yerində 17 milyon kv.km ərazisi olan və ABŞ-dan ( bu ölkənin ərazisi 9,4 milyon kv. km-dir ) iki dəfə böyük olan Rusiya dövləti qaldı. Belə bir dövlət beynəlxalq siyasətdə özünü tarazlı aparmalı idi. Amma 1990-cı ilin əvvəlində miskin günə düşdü. Hətta o zaman beynəlxalq danışıqlarda Rusiyanın xarici işlər naziri Kozırevə “Mister yest" ləqəbi də qoymuşdular. Yəni nə desə başı, əlləri və dili ilə təsdiqləyir. Amma SSRİ-nin xarici işlər naziri Qromıkonun ləqəbi “Mister no" idi. Yəni, onu razı salmaq çox çətin idi. Təəccübləndik ki, belə nəhəng dövlətin varisi miskin vəziyyətə düşə bilərmiş. Bu, bizi təəccübləndirirdi. Üçüncüsü isə, biz bilirdik ki, Rusiyanın böyük potensialı var, ərazisi var, təbii ehtiyatları var. Bu dövlət özünə gələcək. Bizi təəccübləndirən isə Rusiyanın proqnozlaşdırılandan daha tez özünə gəlməsi və ambisiyalarla çıxış etməsi oldu. 2000-ci ildə Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya dünyada söz sahibi olmağa başladı. Əgər 2000-ci ilə qədər Rusiyanın 150 milyard dollarlıq xarici borcu var idisə, Putinin hakimiyyətə gəlişi ilə bu borclar silinməyə başladı. Bu, həm də onunla bağlı oldu ki, dünya bazarında neftin qiymətinin kəskin bahalaşması Rusiyaya böyük həcmli gəlirlərin daxil olmasına səbəb oldu. Putinin bir qədər praqmatik siyasət aparması Rusiyanı sürətlə ayağa qaldırdı. Məhz bundan sonra ambisiyalar özünü göstərməyə başladı. "Hətta Rusiya postsovet ölkələrini yaxın xarici hesab edirdi" deyə Fondun ekspertləri təəccüblərinin nədən ibarət olduqlarını ifadə ediblər.Siyasi maraqlar, iddialı ambisiyalar dostları düşmənə, düşməni isə dostlara çevirə bilirSiyasətdə əbədi dostlar olmadığı kimi, əbədi düşməniər də daimi olmurlar. Siyasi maraqlar, iddialı ambisiyalar dostları düşmənə, düşməni isə dostlara çevirə bilir. Hazırkı dünya düzənində baş verən siyasi prosesləri nəzərə alsaq, Rusiya istəsə də, istəməsə də Azərbaycanın maraqlarına tabe olan dövlətə çevriləcəyi gözlənilir. Xatırlatmaq lazımdır ki, soyuq müharibə dövründə heç kəsin ağlına gəlmirdi ki, iki qarşıduran tərəf olan NATO və SSRİ sonradan bir-birinə dost əli uzadacaqlar. Hətta SSRİ-nin təsiri altında olmuş (Varşava müqaviləsi ölkələri) dövlətlər NATO-nun üzvü olacaqlar. Hazırda Rusiya ilə NATO-nun üzvü olan Türkiyə arasında sıx münasibətlər mövcuddur. Hər iki dövlət arasında olan iqtisadi əlaqələr ekspertləri, sözün əsl mənasında, təəccübləndirir. Çünki ABŞ ilə Türkiyə strateji müttəfiq olsalar da, onların arasında ticari-iqtisadi dövriyyə cəmi 15 milyard dollardır. ABŞ-la Rusiya bir-birinə strateji rəqib kimi görünsələr də, onların iqtisadi əməkdaşlıq dövriyyələrinin həddi 24 milyard doilar miqdarındadır. Türkiyə-Rusiya ticari dövriyyəsi hazırda 40 milyard dollardır, amma onun 100 milyard dollara çatdırılması barədə razılaşma əldə olunub. Rusiya ilə Ermənistan arasında iqtisadi dövriyyə isə cəmi 750 milyon dollar təşkil edir. Dünyanı həm də iqtisadi maraqların idarə etdiyini nəzərə alsaq, Rusiya 100 milyard dollarlıq ticari-iqtisadi maraqlarına görə, Ermənistanı bir "peşka" kimi Türkiyəyə qurban verə bilər. Eyni zamanda, dünyada qəbul olunan bir prinsip var: güclü hər zaman haqlıdır. Zəiflərin meydanda yer istəməsi heç də arzuolunan deyil. Azərbaycan regionun lider dövlətidir. Sabah isə Azərbaycan regionun fövqəldövlətinə çevrilə bilər. Necə ki, Türkiyəni Yaxın və Orta Şərqin fövqəldövlətləri hesab edirlər. Türkiyənin razılıq vermədiyi heç bir problem həllini tapa bilmir.Regionda yeni reallıqlar yaranıb 2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. Azərbaycan 202-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi ilə öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Bununla da Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. 2023-cü ilin aprelin 23 -də Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi qurulması ilə suverenliyimiz təmin olundu. 2023-cü il sentyabrın 19 - da başlayan 23 saat 44 günlük əməliyyatla Azərbaycan Xankəndi şəhərini, Xocalını, Əsgəranı, Xocavəndi və digər əraziləri separatçılardan təmizlədi, separatçı başçılar isə həbs olunaraq istintaqa təhvil verildilər. Hazırda A.Artunyanın, R.Vardanyanın, Saakyanın, Qukasyanın və digərlərinin istintaqı aparılır. Yaxın günlərdə onların məhkəməsi keçiriləcək və layiq olduqları cəzanı alacaqlar. İşğaldan azad edilən ərazilərimiz isə yenidən qurulur, çil-çıraqlı cənnətə çevrilir. İnsanlarımız öz yurd-yuvasına qayıtmaqla o bölgəyə yeni nəfəs gətirirlər.İLHAM ƏLİYEV

Chosen
442
50
sesqazeti.az

10Sources