EN

Ronaldonun arzusu: Onları "Real"da görmək istəyir

Braziliya millisinin heyətində ikiqat dünya çempionu olmuş, “Real”ın sabiq hücumçusu Ronaldo Nazario maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, əfsanə “Mançester Siti”nin futbolçusu Erlinq Haalandın yaxın vaxtlarda Madrid klubuna keçəcəyinə ümid etdiyini bildirib:

"“Real”ın siyasəti dünyanın ən yaxşı oyunçularına sahib olmaqdır. Haaland dünyanın ən yaxşı oyunçularından biridir. O, inanılmaz bir klubda oynayır. "Siti" möhtəşəm işlər görür. Düşünürəm ki, o, bu komandada xoşbəxtdir. Ümid edirik ki, bu dövrün ən yaxşı oyunçularını -Haaland, Kilian Mbappe və Cud Bellinqemi bir klubda görə bilərik.

Bu vəziyyət mənə Qalaktikosu xatırladır. Əgər bu baş versə və onların hamısı "Real"da yer alsa, bu, sadəcə dəlilik olacaq. Əla nəticələr əldə edəcək inanılmaz komanda olacaq. Amma düşünürəm ki, Karlo Ançelotti üçün bütün bu futbolçuları idarə etmək çətin olacaq. Ancaq yaxşı oyunçulardan ibarət komanda yığmaq pislərdən daha asandır. Bu, baş məşqçi üçün problem olmamalıdır".

Chosen
339
42
publika.az

10Sources