EN

Gömrükdə psixotrop və güclü təsir edən maddələr aşkarlandı

Poçt və ekspres daşımalar gömrük postunda xarici ölkəyə göndərilən bağlama aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə 60 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 3,0 qram olan tramadol, 115 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 34,5 qram olan preqabalin, 1 ədəd sellofan paketdə təmiz çəkisi 0,919 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə - metamfetamin olduğu müəyyən edilib.

Qeyd edək ki, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına, Tramadol və Preqabalin isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.

Chosen
35
4
publika.az

10Sources