EN

Naftalanda yaşayış binasında yanğın

Naftalan şəhərində yanğın olub.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 p.m mebel, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası və 1 ədəd kombi aparatı yanıb.

Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi 1 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com
Chosen
160
14
teleqraf.com

10Sources