Fransada Ramazan ayı ərzində futbolçuların iftarı üçün matçlarda fasilələrə icazə verilməyəcək.
QOL.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası qərar verib.
"RMC Sport"un məlumatına görə, Fransada xeyli sayda oruc tutan futbolçunun olmasına baxmyaraq, belə qərarın verilməsi birmənalı qarşılanmayıb.
Qeyd edək ki, yerli federasiya ötən il də eyni qərarı vermişdi.