EN

Alimlərdən yeni kəşf: Okeanın dərinliklərində görün nə tapdılar

Tədqiqatçılar okeanlarda 100-ə yaxın yeni növ və 1 sirli ulduza bənzər canlı tapdıqlarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ekspedisiya qrupu araşdırmanı Cənubi adadan şərqdə, Yeni Zelandiya sahillərindən okeanın 800 kilometr uzunluğundakı “Bounty Trough” üzərində ediblər.

Alimlərin bu araşdırması fevral ayında ölkənin Milli Su və Atmosfer Tədqiqatları İnstitutuna məxsus "Tangaroa" tədqiqat gəmisində baş verib.

Komanda 3 mil (4800 metr) dərinlikdən təxminən 1800 nümunə toplayıb. Elm üçün yeni olan balıq, kalamar, mollyuska və mərcan növləri tapıb.

"Ocean Census"un ekspedisiya elmi meneceri Daniel Mur qarşıdakı 10 il ərzində də 100 000 naməlum növü müəyyən edəcəklərini söyləyib:

"Bu kəşf çox həyəcanlı idi. Növbəti üç həftə ərzində dənizin dərinliklərindən tapılan növlərin yeni olub-olmadığını təsdiqləmək üçün onları çeşidləyəcək, daha sonra araşdıracağıq”.

Chosen
176
6
publika.az

10Sources