EN

Çempionlar Liqası: 1/4 finalın daha bir iştirakçısı bəlli oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb. SİA xəbər verir ki, Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edib. İlk qarşılaşma 1:1 hesablı bərabərliklə yadda qaldığından komandalar meydana yalnız qələbə üçün çıxıblar. Ceydon Sançonun matçın üçüncü və Marko Roysun 90+5-ci dəqiqəsində vurduğu qollar almanları 1/4 finala çıxarıb - 2:0 (3:1).

Qeyd edək ki, buna qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

Chosen
121
14
sia.az

10Sources