Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı vaxtından əvvəl səs veriblər.
Bu barədə məlumatı Rusiyanın Azərbaycandakı Səfirliyi öz "X" hesabında paylaşıb. Seçki martın 11-13-ü Səfirlik əməkdaşları tərəfindən sülhməramlıların dislokasiya olduğu ərazilərdə səyyar qaydada təşkil edilib. "Göstərilən yardıma görə Azərbaycan hakimiyyətinə minnətdarlığımızı bildiririk", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 17-də baş tutacaq.