EN

İranla ABŞ arasında gizli anlaşma: Vasitəçi bu ölkə oldu

ABŞ yanvarda İranla gizli danışıqlar aparıb. Vaşinqton Tehranı husilərə (Ənsarallah” Hərəkatı) Qırmızı dənizdə gəmilərə hücumları ilə bağlı təsir göstərməyə razı salmağa çalışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” ABŞ və İran rəsmilərinə istinadla məlumat yayıb.

Danışıqların yanvar ayında Omanda aparıldığı, ABŞ və İran nümayəndələrinin vasitəçilərin köməyi ilə təmasda olduqları bildirilir. Bu rolu Oman öz üzərinə götürüb. Danışıqların nəticələri barədə məlumat verilmir.

Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən “Ənsarallah” İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum edəcəyi barədə xəbərdarlıq edərək, digər ölkələri gəmilərini geri çəkməyə çağırıb.

Husilər Qırmızı dənizdəki əməliyyatlarının Qəzza zolağındakı fələstinlilərə kömək məqsədi daşıdığını açıqlayıblar.

ABŞ və Böyük Britaniya İran tərəfindən dəstəklənən qruplaşmaya qarşı hava əməliyyatları aparır.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
185
15
teleqraf.com

10Sources