EN

Rusiya aviaşirkəti Ufadan Bakıya uçuşlara başlayır

Bakı. Trend:

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 4-dən etibarən Ufa-Bakımarşrutu üzrə reyslər həyata keçirməyə başlayır.

Trend xəbər verir ki, bu barədə Ufa Beynəlxalq Hava Limanınınmətbuat xidməti məlumat yayıb.

Ufadan uçuşlar cümə axşamı “Sukhoi Superjet 100” təyyarələri iləhəyata keçiriləcək. Təyyarə yerli vaxtla saat 11:00-da yoladüşəcək. Səyahət müddəti 2 saat 40 dəqiqədir. Biletlər artıqsatışdadır. Həmçinin Ufadan Bakıya uçuşlar “Azerbaijan Airlines” və“Utair” aviaşirkətləri tərəfindən davam etdirilir.

Bir müddət əvvəl “İrAero” 2024-cü ilin yayında Rusiyanın irişəhərlərindən Azərbaycan paytaxtına geniş uçuş reysləri proqramıaçıb. Bakı marşrutlarına Moskva, Kazan, Nijni Novqorod,Novosibirsk, Çelyabinsk, Krasnoyarsk, Nijnevartovsk, Omsk, Perm,Nijnekamsk, Saratov, Vladikavkaz və Ufa daxildir. Uçuşlar həftədədörd dəfə Moskvadan, üç dəfə Vladikavkazdan, həftədə iki dəfə isəSaratov, Perm, Krasnoyarsk və Kazandan həyata keçirilir.

Chosen
143
50
az.trend.az

10Sources