EN

İran husilərlə bağlı Vaşinqtonla gizli danışıqlar apardığına dair məlumatı təkzib edib

İran tərəfi Qırmızı dənizdə Yəmənin şimalında hakim olan şiə Ənsar Allah hərəkatının (husilərin) hücumları ilə bağlı Vaşinqtonla danışıqlar aparmayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb.

Bildirilib ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi yalnız anti-İran sanksiyaları ilə bağlı olub.

Qeyd edək ki \"Financial Times” nəşri adı açıqlanmayan ABŞ və İran rəsmilərinə istinadən ABŞ-nin yanvar ayında İranla gizli danışıqlar apararaq, husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırması barədə İran tərəfini razı salmağa çalışdığı barədə məlumat yayıb.
Chosen
258
15
azxeber.com

10Sources