EN

Astronavtlar kosmosda daha çox baş ağrısına məruz qalır - Yeni tədqiqat

Bakı. Trend:

İnkişaf edən kosmik tibb sahəsində aparılan tədqiqatlar kosmikmissiyalar zamanı mikroqravitasiya mühitinin və digər amillərininsan orqanizminə təsirini aşkar edir. Yeni bir araşdırmadaastronavtların kosmik fəzada baş ağrısının əvvəllər gümanedildiyindən daha çox olduğunu göstərib.

Trend “Neurology” jurnalında dərc olunan məqaləyə istinadənxəbər verir ki, tədqiqatda Beynəlxalq Kosmik Stansiyada 26 həftəyəqədər səyahət edən ABŞ, Avropa və Yaponiya kosmik agentliklərinin24 astronavtı iştirak edib. Onların ikisi istisna olmaqla, hamısıkosmosda baş ağrısından əziyyət çəkdiklərini bildirib.

Bəzi baş ağrıları miqrenlərə, digərləri isə gərginliklə bağlıbaş ağrılarına bənzəyir və təkcə orqanizmin mikroqravitasiyayauyğunlaşma prosesindən keçdiyi zaman kosmosda ilk bir neçə həftəərzində deyil, həm də daha sonra da baş verir.

Araşdırmaya görə, uçuşun erkən dövründə baş verən baş ağrılarıçox vaxt özünü miqren kimi göstərir, daha sonra kosmik səyahətdəyaşanan gərginliklə bağlı rahatsızlıqlar da meydana çıxır.

Alimlər bildirirlər ki, ilk həftədə orqanizm kosmosa uyğunlaşmasindromu kimi tanınan cazibə qüvvəsinin çatışmazlığınauyğunlaşmalıdır. Bu fenomen dayaq-hərəkət orqanlarının xəstəliyinəbənzəyir, habelə ürəkbulanması, qusma, başgicəllənmə və başağrılarına səbəb ola bilər. Sonrakı baş ağrıları kəllədaxilitəzyiqin artması ilə nəticələnə bilər. Mikroqravitasiya səbəbindənbədənin və başın yuxarı hissəsində daha çox maye toplanır vənəticədə kəllə nahiyəsində təzyiq yüksəlir.

Astronavtlar - orta yaş həddi təxminən 47 olan 23 kişi və birqadın - Beynəlxalq Kosmik Stansiyada 2011-ci ilin noyabrından2018-ci ilin iyun ayına qədər həyata keçirilən missiyalarda olublarvə bu müddət ərzində 24 astronavtdan 22-si tərəfindən ümumilikdə378 baş ağrısı şikayəti alınıb. Amma 24 nəfərdən heç biri Yerəqayıtdıqdan sonra üç ay ərzində baş ağrısından şikayət etməyib.

Kosmik səyahətin müxtəlif sənədləşdirilmiş təsirlərinə sümük vəəzələ atrofiyası, beyində, ürək-damar və immunitet sistemindədəyişikliklər, daxili qulaqda balansın pozulması ilə bağlıproblemlər və gözləri əhatə edən sindrom daxildir. Kosmosda dahaçox radiasiyaya məruz qalma nəticəsində yaranan xərçəng riski başqabir narahatlıq mənbəyidir.

Mütəxəssislər qeyd edirlər ki, bu təsirlər insanların uzunmüddət ərzində kosmosda qalmasına, məsələn, qonşu planetimiz Marsavə ya ondan kənara səyahət etməsinə mane ola bilər. Onlarınfikrincə, uzunmüddətli kosmik səyahətin insan orqanizminə təsirihələ tam məlum deyil, bunun üçün illər tələb olunacaq. Belə ki,artıq mikroqravitasiyaya məruz qalanların orqanizminə bəzi təsirlərözünü göstərir və bu vəziyyətdən yeganə çıxış yolu astronavtlarüçün yeni dərman preparatlarının kəşfidir.

Chosen
289
3
az.trend.az

3Sources