EN

“TikTok”un ABŞ-da qadağan edilməsinə Çinin reaksiyası

Çin ABŞ Konqresinin Nümayəndələr Palatasının ölkədə TikTok-un qadağan edilməsinə yol açan qanun layihəsini qəbul etməsinə reaksiya verib. Manşet.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirilən gündəlik mətbuat konfransında qanun layihəsinin ədalətli rəqabət və beynəlxalq ticarət qaydalarına zidd olduğunu bildirib.Vang, "Başqalarının əlindən yaxşı şeyləri qoparmaq üçün hər üsula cəhd edən bu münasibət təmiz bir soyğunçu zehniyyətidir" deyib.Vang, TikTok davasının ABŞ-ın "qaydalar" dediyi şeylərin özündən başqa heç kimə xidmət etmədiyini bir daha dünyaya açıq şəkildə göstərdiyini müdafiə edib: "ABŞ TikTok-un milli təhlükəsizliyi təhdid etdiyinə dair heç bir sübutü olmasa da, milli təhlükəsizlik anlayışını sui-istifadə edərək səlahiyyətindən bu şirkəti təzyiq altında saxlamaq üçün istifadə edir".YouTube, Facebook və Instagram kimi ABŞ şirkətlərinin sosial media xidmətlərinin Çində qadağan edildiyinin xatırladılmasından sonra Vanq, “Xarici platforma və xidmətlərin qanun və qaydalara uyğun olduğu müddətcə Çin bazarında fəaliyyət göstərməsinə icazə veririk. Bu, ABŞ-ın TikTok ilə işləməsindən tamamilə fərqlidir. ABŞ-ın münasibəti açıq-aşkar tiranlıq və quldur məntiqidir" deyib.Əfsanə RəcəbManşet.az 

 

Chosen
381
50
manset.az

10Sources