EN

Metro nəqliyyatı ilə sərnişin daşıma artıb

2024-cü ilin yanvar fevralında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 35,1 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.


 

Cari ilin ilk iki ayında avtomobil nəqliyyatı ilə 257,5 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 8,8% artım deməkdir.

 

Sərnişinlərin 95,4%-i avtobus, 4,6%- isə minik taksilərinin xidmətlərindən istifadə edib.

 

"Bakı Metropoliteni” QSC-nin məlumatına görə, cari ilin fevralında Bakı metrosunda sərnişin daşıma illik müqayisədə 4,7% artıb. Ötən ilin yanvarında isə metrodan 17 milyon 895 min 498 sərnişin istifadə edib.


2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1% az, 2022-ci ilin eyni dövrünə uyğun olaraq 19,3% çox sərnişin daşınıb.

Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov Bakıda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırıldığını deyib.

2022-ci ildə metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.

 

Aygün Mirakif

 



 


www.anews.az
Chosen
175
28
anews.az

10Sources