Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabiryağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Trend-ə MilliHidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzindədəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7°, gündüz 8-13° olacaq. Atmosfertəzyiqi normadan yuxarı 763 mm civə sütunu olacaq. Nisbi rütubət70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrıyerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalıvar. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyiəsəcək.
Havanın temperaturu gecə 3-8°, gündüz 11-16°, dağlarda gecə 2°şaxtadan 3°-dək, gündüz 5-10° olacaq.