Fransa prezidenti Emmanuel Makron prezident Vladimir Putinin Rusiyanın nüvə müharibəsinə hazır olması ilə bağlı son açıqlamalarına cavab verib.
Reyting.az-ın xəbərinə görə, TF1 və “France 2” telekanallarına müsahibəsində Fransa lideri deyib ki, nüvə silahı olanı təhdid etmək yersizdir.
"Biz, ilk növbədə, özümüzü qorunmuş hiss etməliyik, çünki biz nüvə qüvvəsiyik. Biz hazırıq, bizim doktrinamız var", - Makron bildirib.
Onun sözlərinə görə, nüvə silahlarından söhbət gedəndə çox sözə ehtiyac yoxdur, çünki bu, “heç vaxt eskalasiyaya əl atmamaq məsuliyyətini bizim üzərimizə qoyur”.
Xatırladaq ki, Putin Rusiyanın texniki cəhətdən nüvə müharibəsinə hazır olduğunu deyib və ABŞ Ukraynaya qoşun yeridəcəyi təqdirdə, Moskvanın bunu “əhəmiyyətli eskalasiya” hesab edəcəyini bildirib.
ELÇİN