Misir prezidenti Əbdülfəttah Əs-Sisi Qəzzada son vəziyyətlə bağlı açıqlama verib.
“İki sahil” NTV-yə istinadən xəbər verir ki, Sisi açıqlamasında İsrailin Rəfaha mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, İsrailin Qəzzaya hücumları 161 gündür davam edir.
Misir prezidenti Əbdülfəttah Əs-Sisi bu gün dərc etdiyi açıqlamasında bildirib ki, ölkəsi Misirin məqsədi Qəzzada atəşkəsə nail olmaq, zolağa yardımların çatdırılmasını artırmaq və cənubdakı köçkün fələstinlilərin şimala köçməsinə kömək etməkdir.
Bildirilir ki, digər bir qeydə alınan səsli mesajda da Misir lideri İsrailin hər an sərhəddəki Rəfah şəhərinə qurudan hücuma keçmə təhlükəsi barədə xəbərdarlıq edib.