Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşədövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə realifadədə 12,8 % artaraq 294,9 milyon manat təşkil edib.
Trend bu barədə DövlətStatistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, aylıq dövriyyənin 3,297 milyon manatı dövlət,291,601 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Özəl sektorda isə dövriyyənin 50,4 %-i hüquqi şəxslərin, 49,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizikişəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 13,1 % artaraq 146,9milyon manat olub.