EN

Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 12,8 % artaraq 294,9 milyon manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, aylıq dövriyyənin 3,297 milyon manatı dövlət, 291,601 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 50,4 %-i hüquqi şəxslərin, 49,6 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 13,1 % artaraq 146,9 milyon manat olub.

Chosen
213
6
ikisahil.az

10Sources