Vladimir Zelenski hakimiyyəti dəyişsə, Ukrayna dağılmaqdan qaça bilər.BUTA.TV xəbər verir ki, bunu amerikalı diplomat Ças Friman deyib. "Söhbət Ukraynanı tam məhv olmaqdan xilas etmək imkanından gedirsə, cavab belədir: Kiyevdə hakimiyyət dəyişikliyi və ya siyasətdə əsaslı dəyişiklik lazımdır", - o bildirib. Onun sözlərinə görə, Kiyev sülh danışıqları aparmaqdan və münaqişəni diplomatik yollarla həll etməkdən imtina etməklə yanılıb. Friman vurğulayıb ki, döyüşlər nə qədər uzun davam edərsə, gələcəkdə danışıqlar prosesinə başlamaq bir o qədər çətindir.