EN

“Bayer” Bundesliqada klub rekordlarını müəyyənləşdirdi

Almaniya Bundesliqasının 26-cı turunda “Frayburq”a qarşı səfər oyununda 3:2 hesablı qələbə “Bayer” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu qələbə sözügedən komandanın cari mövsümdə Bundesliqada 22-ci qələbəsi olub.

Müvafiq nəticə Leverkuzen təmsilçinin bir mövsümdəki qələbələrin sayı üzrə klub rekordudur. Üstəlik, “Bayer” tarixində ilk dəfə Bundesliqanın səfər oyunlarında ardıcıl 6 qələbəni sıralayıb ki, bu da klub rekordu olaraq tarixə düşüb.

“Frayburq”a qədər Xabi Alonsonun “əczaçılar”ı “Auqsburq” (1:0), “Leypsiq” (3:2), “Darmştadt” (2:0), “Haydenhaym” (2:1), “Köln” (2:1) üzərində ardıcıl səfər qələbələri qazanmışdılar.

Həmçinin Leverkuzen klubu mövsümün 26 turu ərzində topladığı xalların miqdarına (70) görə Bundesliqa tarixində 2-ci nəticəni göstərib. “Əczaçılar”ı müvafiq göstəricidə yalnız Almaniya nəhəngi “Bayern” üstələyir. 2013/2014 mövsümündə “Bayern” Bundesliqanın 26 turundan sonra 74 xal toplamışdı.

Hazırda “Bayer” Bundesliqanın yarış cədvəlində 70 xalla vahid lidedir və ən yaxın təmsilçisi, Almaniya nəhəngi Münhen “Bayern”ini 10 xal qabaqlayır. Bundesliqa mövsümünün sonuna 8 tur qalmış “əczaçılar” aşkar çempionluğa doğru inamla irəliləyirlər.

Chosen
475
50
arena.az

10Sources