EN

AZAL əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 600-dən çox ağac əkiblər

Bakı,18 mart, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Aksiya çərçivəsində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1 hektar sahədə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Həmçinin aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Hava Yollarının 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyırdı.

AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.

 

 

Chosen
414
50
azertag.az

10Sources