EN

İsrail ordusu Qəzzada xəstəxanada yüzlərlə terrorçunu saxlayıb

Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında əməliyyat davam edir və indiyədək terrorda şübhəli bilinən 500-dən çox şəxs saxlanılıb.“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir“İndiyədək biz 500-dən çox şübhəli şəxsi saxlamışıq, onlardan 358-i HƏMAS və İslami Cihad qruplarına aiddir”, - deyə məlumatda bildirilib.Vurğulanıb ki, xəstəxana binalarının içərisində döyüşlər davam edir. Yaraqlılar hazırda təcili tibbi yardım şöbəsinin ərazisində barrikadadadırlar və xəstələr başqa binaya təxliyə edilir.

Chosen
185
6
azpolitika.info

10Sources