EN

Göyçayda YANĞIN – VİDEO 

Göyçayda yanğın hadisəsi baş verib.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şəkər kəndində qeydə alınıb. 

Belə ki, yanğın zamanı ümumi sahəsi 84 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlaması yanıb.  

Hadisə yerinə FHN-nin Göyçay rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi cəlb olunub. 

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Faktla bağlı araşdırma aparılır. 
 

Aqil Əsədov, Bizim.Media,Aran bürosu
 
Chosen
488
34
bizim.media

10Sources