EN

Küçədə və üzəri açıq halda satılan balıq və toyuqlar TƏHLÜKƏLİDİR? - VİDEO

Küçədə və üzəri açıq halda satılan balıq və toyuqlar TƏHLÜKƏLİDİR? - VİDEO

Son zamanlar paytaxtın müəyyən küçələrində və metroların çıxışlarında balıq və toyuq məhsullarının satışına rast gəlinir. Antisanitar şəraitdə, üzəri açıq olan belə məhsulların satışı zamanı qaydalara demək olar ki, əməl olunmur. Üstəlik bu məhsulların haradan gətirilməsi belə sual altındadır. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları belə xəbərdarlıq edirlər.

Üzəri açıq vəziyyətdə olan toyuq məhsulları və vannalarda, yeşiklərdə gigyenik normalara cavab verməyən balıqlar daha çox metro stansiyaların çıxışında və həmin əraziyə yaxın yerlərdə bunlara rast gəlinir. Qiymətinin ucuzluğuna müştərini cəlb edən bu məhsullar AQTA nəzarəti olmadan alıcılara təqdim olunur. Sonxeber.az xəbər verir ki, "ATV Xəbər"in əməkdaşları bu məhsulların haradan gətirilməsi ilə bağlı satıcılarla danışmaq istəyib. Lakin, bəziləri qaçmağa, bəziləri isə min bir bəhanə ilə suallardan yayınmağa çalışıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, saxlanma qabiliyyətinə görə ət, toyuq və balıqlar tez xarab olan məhsullar sayılır. Ona görə də bu məhsulların düzgün saxlanılması və satışa çıxarılması əsas şərt hesab olunur:

"Küçə şəraitində satılan mallar insanların tədricən zəhərlənməsinə səbəb ola bilər. Bu xəstələliklərin mənşəyini heç həkimlər belə tapa bilmirlər".

Ətraflı "ATV Xəbər"in süjetində:

Chosen
189
50
sonxeber.az

10Sources