EN

Yuxarı Lars yolu hələ də qismən BAĞLIDIR

Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Larsa gedən yolda 3 günlük məhdudiyyətlərdən sonra gecə saatlarında ağır yük maşınlarının hərəkəti bərpa edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Mleta-Qudauri hissəsində nəqliyyat maneəsiz, Qudauri-Kobi hissəsində yalnız uçqunlara davamlı tunellər vasitəsilə həyata keçirilir.

 

Qoşqulu və yarımqoşqulu, habelə tutumu çox olan avtomobillərin tuneldən birtərəfli keçməsinə icazə verilir.

Chosen
454
4
modern.az

10Sources