EN

ABŞ özünü dalana dirədi -Zaxarova

ABŞ “Krokus Siti Holl”da törədilən terror aktında İŞİD-in iştirakı ilə bağlı sözlərlə özünü tamamilə çıxılmaz vəziyyətə salıb.

“İki sahil” xəbər verir ki, bunu Sputnik radiosuna açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

" Hücumdan sonra amerikalıların ilk 24 saat ərzində, hətta yanğın belə söndürülməmiş qışqırmağa başlaması ki, bu Ukrayna deyil, məncə, bu, sübutdur. Mən bunu başqa cür təsnif edə bilmərəm. Bu, özlüyündə sübutdur.” , - diplomat vəziyyəti dəyərləndirib.

“İkinci məqam, ABŞ-ın bunun dəqiq qadağan olunmuş terror təşkilatı İŞİD-in (İslam Dövlətinin) olması barədə qışqırmasıdır”, - deyə Zaxarova davam edib: “Əlbəttə, onların bütün bunları etmə sürəti heyrətamizdir. Bir neçə saat çəkdi ki, mikrofona çatsınlar, işıqları yandırsınlar, jurnalistlərə zəng etsinlər. Bu qədər vaxt aparıb. Onlar bu dəhşətli qanlı terror aktında kimin əli olduğu qənaətinə gəliblər”.

“Mənə elə gəlir ki, onlar özlərini tamamilə çıxılmaz vəziyyətə salıblar. Çünki İŞİD-dir deyə qışqırmağa başlayan kimi beynəlxalq münasibətlərlə məşğul olanlar, politoloq və ekspertlər xatırladılar və hamıdan xatırlamağı xahiş etdilər - nədir İŞİD?”- Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib. “Deməli, siz “İŞİD”-in arxasındasınız, onları siz – ABŞ, Britaniya – özünüz yaratdınız” deyə o söyləyib.

Chosen
194
36
ikisahil.az

10Sources