“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində yaralananların sayı 382 nəfərə çatıb.BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. 217 zərərçəkənə ambulator yardım göstərilib”, - məlumatda deyilir.