EN

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul davam edir

Bakı. Trend:

Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrəzabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusundaolan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, alitəhsil müəssisəsini Psixologiya ixtisası üzrə bakalavr və yamagistr səviyyələrində bitirmiş, 30 yaşınadək olan vətəndaşlar martayının 27-dən aprel ayının 20-dək müvafiq sənədlərləbirlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM)fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Bu barədə Trend-ə Müdafiənazirliyindən məlumat verilib.

“Ehtiyat zabit hazırlığı kursu”na psixoloq ixtisasıüzrə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlarAzərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərənqəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrininmüəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi HəkimKomissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbixidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarınaburaxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti,peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları,fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədiləkeçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiqixtisaslar üzrə kursa qəbul edilir.

“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vurankursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqihərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlarixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-dəfəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakısənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasınınsədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çapedilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmişsurəti - 1 ədəd;
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsilhaqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmişsurətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının TəhsilNazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydadatəsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarialqaydada təsdiq edilmiş surəti - 1 ədəd;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmişsurəti (evli olduqda) - 1 ədəd;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydadatəsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailətərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2ədəd 4,5x6 sm ölçüdə);
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvidispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmamasıhaqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksionxəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1ədəd.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin“Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələrixahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, ŞəfayətMehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (AzərbaycanOrdusunun Təlim və Tədris Mərkəzi).

Telefon: (012) 538-35-70.

Müraciət etmə vaxtı: 2024-cü il martın 27-dənaprelin 20-dək hər gün saat 09:00-dan 17:00-dək.

Məqalədə:
Chosen
400
6
az.trend.az

10Sources