Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan ilə ticarət aparan ölkələrin sayı 138 olub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 17 ölkə azdır. Xarici ticarət iştirakçılarının sayı isə 17 min 894 olub ki, bu da öz növbəsində 232 azdır. Ölkədə xarici ticarətlə məşğul olanların 11 min 904-ü fiziki şəxslər, 5 min 990-ı hüquqi şəxslər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 793 (6.2%) az, 520 (9.5%) çoxdur.
Qeyd edək ki, hüquqi şəxslərin 123-ü dövlət sektorunun, 5 min 867-si özəl sektorun payına düşüb ki, bu da illik müqayisədə müvafiq olaraq 34 (21.6%) az, 554 (10.4%) çoxdur.
Əvəz Həsənov