EN

Dani Alveş həyat yoldaşı ilə yenidən bir arada - FOTO

"Barselona", "Yuventus" və PSJ-nin keçmiş futbolçusu Dani Alveş həbsdən çıxandan sonra həyat yoldaşı Joana Sanzla yenidən bir araya gəlib.

Bizim.Media xəbər verir ki, zorlama ittihamı ilə 4 il yarım həbs cəzası alan braziliyalı bu yaxınlarda 1 milyon avro girov müqabilində sərbəst buraxılmışdı. 

14 aylıq dəmir barmaqlıqlar arxasında qaldığı müddətdə Barselonadakı evində yaşayan həyat yoldaşı o vaxtdan onların gələcəyi və mümkün boşanmalarla bağlı bütün fərziyyələri rədd etmişdi.
Alveş azadlığa çıxdıqdan sonra Joana ilə bir araya gəlib. Joana Sanz bu barədə öz İnstaqram hesabında paylaşım edib.


Bizim.Media

Chosen
223
11
bizim.media

10Sources